İran animasiyası Bratislava festivalının qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i368249-İran_animasiyası_bratislava_festivalının_qalibi_olub
İranın «Bu tərəf, o tərəf» animasiya filmi Slovakiyanın Bratislava şəhərində keçirilən on beşinci festivalda YUNİSEF mükafatını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2020 10:25 Asia/Baku
  • İran animasiyası Bratislava festivalının qalibi olub

İranın «Bu tərəf, o tərəf» animasiya filmi Slovakiyanın Bratislava şəhərində keçirilən on beşinci festivalda YUNİSEF mükafatını qazanıb.

SəhərAzəri xəbər verir, İki ildən bir keçirilən Bratislava animasiya filmləri festivalının münsiflər heyətinin bəyanatında deyilir ki, İranın «Bu tərəf, o tərəf» animasiya filmi ana ilə övlad arasındakı münasibətdə gerçək bir mesaja malikdir.

Lida Fəzlinin əməyinin məhsulu olan bu animasiya filminin ssenarisinin təqdimatının xülasəsində deyilir ki, heç bir sərhəd uşaqlar arasnda sevgi və dostlluqların formalaşmasına mane ola bilməz. Doğrudan da kaş, yuxarı yaşlıların dünyası da uşaqların dünyası kimi sülh və dostluq ilə dolu olaydı.

Bratislava animasiya filmləri festivalında doxsan altı ölkədən min səkkiz yüzdən yuxarı film iştirak edibdir ki, yetmiş yeddi film festivalın müsabiqə bölməsində göstərilmək üçün iştirak edibdir.

Bratislava animasiya filmləri festivalı koronavirus pandemiyasına görə, oktyabrın beşndən onunadək online və televiziya kimi iki formada keçirilibdir.