Neymar üç həftə oynaya bilməyəcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i369060-neymar_üç_həftə_oynaya_bilməyəcək
Braziliya millisinin və Fransa PSJ-sinin futbolçusu Neymarın durumuna aydınlıq gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2020 10:05 Asia/Baku
  • Neymar üç həftə oynaya bilməyəcək

Braziliya millisinin və Fransa PSJ-sinin futbolçusu Neymarın durumuna aydınlıq gəlib.

SəhərAzəri xəbər verir, Çempionlar Liqasının II turunun “Başakşəhər”lə Türkiyədəki matçında zədələnən hücumçu müayinədən keçib. Onun əzələsindən xəsarət aldığı aşkarlanıb. Neymar ən azı üç həftəlik yaşıl meydanlardan kənar qalacaq. 

O, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra klubun hazırlıqlarına qatıla biləcək.

Neymar Çempionlar Liqasının “Leypsiq”, Liqa1-in “Nant” və “Renn”lə görüşlərini buraxacaq. 

Qeyd edək ki, Neymar İstanbuldakı matçın 26-cı dəqiqəsində əvəzlənib.