Noy 01, 2020 19:45 Asia/Baku
  • İranlı tədqiqatçı «Nyuton» qızıl medalının laueratı olub

İranlı tədqiqatçı «İsaak Nyuton» qızıl medalının laueratı olub.

SəhərAzəri xəbər verir, İngiltərə Fizika İnstitutu 2020-ci ildə «İsaak Nyuton» medalını Amerikanın Pensilvaniya universitetinin müəllimi, iranlı fizik Nader Enqetaya təqdim edib.

O, bu mükafatı mürəkkəb nanoölçülü elektromaqnit və optik materiallarda inqilabi yenilik və yaradıcı çevrilməyə, eyni zamanda sıfıra yaxın qırılma indeksi materiallarına, analoq hesablamaya və optik nano-sxemlərin inkişafına görə alıbdır.

Enqeta «İsaak Nyuton» medalından əlavə, cari ildə Maks Born mükafatına layiq görülübdür.

Teqlər