ÜST-dən yeni koronavirus vaksininə reaksiya
Ümumdünya Səhiyyə Təşkilatı amerikan «Pfayzer» şirkətinin koronavirus vaksini istehsalındakı uğuru barədə verdiyi məlumatlara reaksiya göstərib.
SəhərAzəri xəbər verir, Təşkilatın bir rəsmisi deyib: Bu vaksin 2021-ci ilin martınadək COVID-19 pandemiyasının vəziyyətini dəyişəcəkdir.
Ümumdünya Səhiyyə Təşkilatı «Pfayzer» şirkəti tərəfindən elan olunmuş nəticələri olduqca müsbət adlandırıb və belə qeyd edib: 2021-ci ilin martınadək ən kövrək xəstələrin müalicəsi üçün həmin vaksindən istifadə bu xəstəliyin pandemiyası prosesində əsaslı dəyişikliklər yarada biləcək.
«Pfayzer» əczaçılıq şirkəti bazar ertəsi günü bildirmişdi ki, koronavirus vaksininin könüllülərə aşılanmasından əldə olunan ilk göstəricilər bu şirkətin vaksininin təhlükəsiz olmasından söz açır.
Şirkət bundan öncə bildirmişdi ki, «Bayon Tek» alman şirkətlə həmkarlıqla son test mərhələlərini keçirən COVID-19 vaksininin istehsalı üzrə lisenziya ərizəsi noyabr ayının sonlarında Amerikada dərmanın keyfiyyətinə nəzarət üzrə məsul orqanlara veriləcək.