Noy 17, 2020 07:51 Asia/Baku
  • İranlı tədqiqatçılar dərinin cavanlaşdırılması cihazını düzəldiblər

İranda Şəhid Beheşti adına Universitetin tədqiqatçıları qeyri-invaziv şəkildə fəaliyyət göstərən «dərinin cavanlaşdırılması» cihazını düzəltməyə müvəffəq olublar.

SəhərAzəri xəbər verir, Şəhid Beheşti adına Universitetin elm və texnologiya parkındakı bir startap şirkətin icraçı direktoru Haniyeh Məhdiyan Momen bildirib ki, son zamanlar dəri problemlərinin aradan qaldırılması üçün işıq diodundan istifadə diqqət mərkəzinə alınıbdır. O, deyib: "İranlı tədqiqatçılar dərinin cavanlaşdırılması üçün bir örtük düzəldiblər ki, onda zəif işıqdan istifadə ilə ev müalicəsinə şərait yaradılır. Bundan əlavə, fərd, ilkin diaqnoz üçün həkimə müraciət etmək və müalicə prosesini müəyyən etdirməkdən ehtiyacsız olur".

Məhdiyan Momen bildirib ki, bu işığın istər yaxın, istərsə də uzaq perspektivdə heç bir təhlükəsi yoxdur. O, əlavə edib: "Cihazda istifadə olunan metod/ botoks, gelin aşılanması və dərinin çəkilməsi kimi cavanlaşdırma üsulları ilə müqayisədə qeyri-invaziv hesab edilir".

Teqlər