Lionel Messi: “Dieqo əbədidir”
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370018-lionel_messi_dieqo_əbədidir
“Bu gün bütün argentinalılar və futbol üçün çox kədərli gündür”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2020 07:21 Asia/Baku
  • Lionel Messi: “Dieqo əbədidir”

“Bu gün bütün argentinalılar və futbol üçün çox kədərli gündür”.

SəhərAzəri xəbər verir, bu sözlər Argentina millisinin və İspaniya “Barselona”sının ulduzu Lionel Messiyə məxsusdur.

O, həmyerlisi, futbol əfsanəsi Dieqo Maradonanın 60 yaşında vəfat etməsinə münasibət bildirib: “O getdi, amma bizimlə qalacaq. Çünki Dieqo əbədidir. Mən həmişə onunla birgə yaşadığım gözəl anları xatırlayacağam. Onun ailəsinə, dostlarına başsağlığı verirəm. Rahat yat”.