8 ildən sonra olimpiya qızılı İranlı ağır atletə verildi
Beynəlxalq Olimpiya Komitəsi 2012-ci il London Olimpiya oyunlarının qızıl medalını İranın keçmiş ağır atletinə verib.
SəhərAzəri xəbər verir, Beynəlxalq Olimpiya Komitəsinin İcra heyəti onlayn seminar formasında keçirilən məşvərət iclasında İnzibati Komissiyanın qərarlarına əsasən, 2012 London Olimpiya oyunlarının medalları və fəxri fərmanlarının yenidən paylanması barədə qərar çıxarıb.
Olimpiya oyunlarının rəsmi saytının verdiyi məlumata əsasən, dopinqə görə, ağır atletika sahəsindəki idmançıların səlahiyyətlərinin rədd olunmasından sonra nəticələr Dünya Ağır Atletika Federasiyası tərəfindən yenidən tənzim edilib və kişilərin 105 kiloqram çəki dərəcəsi üzrə çempionu və dördüncü nəfərinin səlahiyyəti rədd edilib və qızıl medal İrandan olan Nəvvab Nəsir Şəlala verilibdir.
Polşa və Özbəkistan idmançıları da müvafiq olaraq gümüş və bürünc medal sahibi olublar.