İranda gözün buynuz qişasını saxlayan məhlul təqdim olunub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370176-İranda_gözün_buynuz_qişasını_saxlayan_məhlul_təqdim_olunub
Tehranda gözün buynuz qişasını saxlayan «Sinasol» adlı məhlulun təqdimatı olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 29, 2020 12:46 Asia/Baku
  • İranda gözün buynuz qişasını saxlayan məhlul təqdim olunub

Tehranda gözün buynuz qişasını saxlayan «Sinasol» adlı məhlulun təqdimatı olub.

SəhərAzəri xəbər verir, Tehranda Şəhid Beheşti adına Tibb Elmləri Universitetinin Göz Araşdırmaları Mərkəzinin direktoru Mohəmməd Əli Cəvadi bu gün bu məhlulun təqdimatı mərasimində İranda hər il gözün buynuz qişasını saxlayan təqribən səkkiz min ədəd məhlula ehtiyacın olmasına toxunaraq, deyib ki, iranlı tədqiqatçılar gözün buynuz qişasını saxlayan məhlul istehsal etməyə müvəffəq olublar.

Düzəldilməsi beş ilə yaxın vaxt aparmış bu İran məhlulu özünün xarici nümunəsi kimi on dörd gün müddətinə gözün buynuz qişasını iki-on dörd dərəcədə saxlaya bilər.

Bundan öncə gözün buynuz qişasını saxlayan məhlul bir Amerika şirkətindən İrana idxal edilirdi.