İranlı qadın şahmatçı "İpək Yolu" yarışlarında ikinciliyə nail olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370439-İranlı_qadın_şahmatçı_İpək_yolu_yarışlarında_ikinciliyə_nail_olub
İranlı qadın şahmatçı onlayn formatda keçirilən "İpək Yolu" yarışlarında ikinci yeri qazanmağa müvəffəq olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 05, 2020 16:42 Asia/Baku
  • İranlı qadın şahmatçı

İranlı qadın şahmatçı onlayn formatda keçirilən "İpək Yolu" yarışlarında ikinci yeri qazanmağa müvəffəq olub.

SəhərAzəri xəbər verir, İranın qadın şahmatçılarının reytinqində birinci olan Sara Sadat Xadimul Şəriə bu idman növü üzrə onlayn formatda keçirilən "Kəmər və yol" adlı yarışlarda 5,5 xal qazanaraq, ikincilik ünvanını qazanıb.

Xadimul Şəriə yarışların ilk günündə 2 qələbə və 2 bərabər hesab və 1 məğlubiyyət əldə edib.

Bu yarışlarda 10 şahmatçı 9 turda bir-birləri ilə rəqabət aparıblar.

Xadimul Şəriə 2018-ci ildə Rusiyada keçirilən Dünya Şahmat Çempionatında sürətli bölmələr üzrə 2 gümüş medalı qazanıb, məcmuda da isə qızıl medalı əldə edib.