Əsrlər sonra yaxınlaşma kimi, astronomik fenomen baş verib
Yupiter və Saturn planetləri bir-birilərinə ən yaxın məsafayə çatıblar.
SəhərAzəri xəbər verir, bu iki planet dünən- dekabrın 21-də axşamçağı təqribən 800 ildən sonra müşahidə oluna biləcək, bir-birilərinə ən yaxın məsafədə yerləşibdir.
Bu yaxınlaşma yer kürəsinin əksər nöqtələrindən müşahidə edilib.
Yaxınlaşma və ya birləşmə, astrologiyada yerdən baxarkən, iki və ya bir neçə səmavi cisimin bir xətt üzərində yerləşməsinə deyilir. Belə ki, səmada onlar bir-birilərinin kənarında görünürlər.
Bu iki planetin müşahidə oluna bilinəsi son yaxınlaşması 800 il bundan öncə, 1226-cı il martın dördündə baş veribdir.
Qeyd etmək lazımdır ki, Yupiter və Saturnun növbəti birləşməsi 2080-ci il martın on beşində gecə vaxtı baş verəcək. Ondan sonra isə bu qovuşma təqribən 2400-cü ilə qədər baş verməyəcəkdir.