Yan 04, 2021 20:07 Asia/Baku
  • İran dünyada

İranlı alimlər və mütəxəssislərin səyləri nəticəsində və "yüksək güclü lazer" istehsal etmək üçün texniki biliklərə sahib olmaqla, İran bu tip lazerləri istehsal edən beşinci ölkə olub.

SəhərAzəri xəbər verir, İsfahanın "Fulad Mobarəkə" şirkətinin direktor müavini 10 kilovatlıq "yüksək güclü" lazerin istilik sınağının uğurla keçdiyini bəyan edərək, deyib: " Cari ilin may ayından etibarən "Fulad Mobarəkə" şirkətində bu lazer Almaniyanın istehsal etdiyi qaz lazerlərini əvəz edəcək".

Seyid Mehdi Nəqəvi əlavə edib: "Fulad Mobarəkə" şirkətinin optik və lazer sərgisində İranın Lazer üzrə Elm və Texnologiya Mərkəzi ilə "10 kilovatlıq yüksək güclü və fiber lazer"lərin istehsalı üzrə müqavilə imzaladıq və hazırda lazerin istilik sınağı uğurla başa çatıb və İran yüksək güclü lazerin istehsalı gücünə sahibdir.

O, yüksək güclü lazerlərin istehsalının elm təməlli olduğunu və ən müasir texnologiyalara əsaslandığını vurğulayaraq, əlavə edib: "Əgər ölkədə yüksək güclü lazerlərin istehsalı reallaşmasaydı, "Fulad Mobarəkə" şirkətində soyuq məhsulların istehsalı problemlə üzləşəcəkdir".

Seyid Mehdi Nəqəvi lazeri, sənayedəki ən bahalı məhsullardan biri kimi xarakterizə edib və deyib: "Hazırda lazerlə işləyən qaynaq və kəsmə maşınlarının istehsalı üçün zəmin yaranıb". 

Teqlər