10 dəqiqə idmanla beynizi qoruyun
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i371831-10_dəqiqə_idmanla_beynizi_qoruyun
Araşdırmalar göstərir ki, orta yaşda gündə 10 dəqiqəlik fiziki fəaliyyət beyninizi qocalmadan qoruya bilər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 09, 2021 19:01 Asia/Baku
  • 10 dəqiqə idmanla beynizi qoruyun

Araşdırmalar göstərir ki, orta yaşda gündə 10 dəqiqəlik fiziki fəaliyyət beyninizi qocalmadan qoruya bilər.

SəhərAzəri xəbər verir, son bir araşdırmanın nəticələri göstərir ki, orta yaşda təkcə 10 dəqiqə fiziki aktivlik beyinin kiçilməsinin qarşısını ala bilər.

Tədqiqatçılar 25 il müddətində fiziki fəaliyyət göstərən 1600 nəfəri araşdırıblar; nəticədə məlum olub ki, aktiv olan bu orta yaşlı insanların beyini ömürlərinin sonunda daha sağlam olub.

Alimlərin fikrincə, orta yaşda sürətli yürüş, qaçış və ya velosiped sürmə kimi müntəzəm fiziki fəaliyyətlə qocalıqda beyinin zədələnməsi arasında əlaqə mövcuddur.

Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzinin tədqiqatçıları, yaşı ortalama 53 olan iştirakçıları beş fiziki müayinədə araşdırıblar.

Onların əldə etdikləri məlumatlar göstərir ki, orta yaşda "orta və ya ağır fiziki fəaliyyət" daha çox olarsa, yaş artdıqca beyinə "qoruyucu" təsir göstərir.