Yan 23, 2021 08:44 Asia/Baku
  • Həzrət Abbasın (ə) türbəsinin Qiblə qapısının döşəmə işləri tamamland

Həzrət Əbülfəzl Abbasın (ə) Müqəddəs Ziyarətgahının Mühəndislik Layihələri Departamenti Həzrət Əbülfəzl-Abbasın (ə) Müqəddəs Ziyarətgahının Qiblə qapısının döşəməsinin örtülməsi işlərini başa çatdırıb.

Deyerler.org Al-Kafeel-ə istinadən xəbər verir ki, 240 m2 ərazini əhatə edən bu sahə qapının qarşısındakı həyətdən əsas həyət ilə qovşağa qədər uzanır. Əsas həyətin örtülməsi keçən il tamamlanıb.

Ziyarətgahın Mühəndislik Layihələri şöbəsinin müdiri, mühəndis Ziya Məcid Saiq belə danışıb: "Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin Qiblə qapısı keçən il bir çox əsərin şahidi oldu. Bu qapının öz xüsusiyyətləri var. Həm qibləyə, həm də sanki başqa qapıların qibləsidir. Həzrət Abbas (ə) hərəminin əsas girişi sayılır və həm dizayn, həm də ərazi baxımından digər qapılardan üstündür.

 

Döşəmənin örtülməsi işləri Qiblə qapısının girişindəki divarların və tavanın bütün bəzək və mozaika işləri tamamlandıqdan sonra həyata keçirilmişdir. Örtülmə işlərində dörd məqam nəzərə alınmışdır: qiblə qapısının hündürlüyü, ana həyətdən və giriş tərəflərindən qonaqların hərəkəti, matəm alaylarının rahat hərəkət edə biləcək şəkildə keçirilməsi. Mərhələli şəkildə qurulması. Sağlam və yüksək keyfiyyətli tikinti materiallarından istifadə. Döşənmə üsulu. Bu çərçivədə, tanınmış və etibarlı mənbələrdən digər qapılarda yerinə yetirilən örtük işlərində rənglərinə bənzər müxtəlif qranit materiallardan istifadə edilmişdir”.

Teqlər