Yan 25, 2021 18:19 Asia/Baku
  • Səhranın ortasında bir göl

Kirman vilayətinin mərkəzində və "Şəhri-Babək" şəhərinin yaxınlığında İranın ən gözəl təbii fenomenlərindən biri yerləşib. "Moxərege" gölü Şəffaflığı və səmanın təsvirinin onun səthində qüsursuz əks olunması səbəbindən İranın ən böyük təbii güzgüsü adını qazanıb. Sizi təbii bir güzgü ilə tanış etməyimiz üçün bizimlə qalın.

SəhərAzəri xəbər verir ki, Moxərege, xurma mənasında olan Mox kəlməsindən alınıbdır və bölgənin qədim sakinlərinin dediyinə görə, bu nahiyədə xurma əkilirmiş. Hazırkı dönəmdə buna inanmaq çətin olsada, xurma ağacının qabığı və qalıqlarının tapılması bu iddianın həqiqiət olduğuna dəlalət edə bilər.

M.M: Moxərege gölü 35 kilometr sahə ilə "Şəhri-Babək" şəhərinin cənubunda yerləşib.

Gölün ekosistemi mövsümidir və regionun ilk yağıntıları ilə su ilə dolur. Gölün ürəyindən işığın iniksaı yerlə səmanı bir-birinə hörür. 

M.M: Burada geniş bir sahə vardır ki, güzgüyə bənzəyir. Hava buludlu olsa belə, və ya hətta ulduzlu gecələrdə ulduzların daha parlaq olduğu zamanlar ki, ay işığı az olur, yer, göy sanki ulduzla doludur. Buludların yerin üzərində əks olunması, yerin tərsinə çevrildiyini və buludların yerə endiyini təssəvür etməyinizə səbəb olur; Çox cəlbedici mənzərədir.

Göyün geniş sahəsinin İranın ən böyük təbii güzgüsü olan Moxərege gölündə əks olunmasının heyrətamiz mənzərəsi, hər bir tamaşaçının nəfəsini köksündə həbs etdirir. İşığın inikası ilə yerlə göyün əlini bir-birinə çatdıran və səmanin ayaq altına sərilməsinə səbəb olan məkan. 

Teqlər