ABŞ-ın sabiq-prezidentinin şirkəti PKK-nı tərifləyən serial çəkəcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i372553-abŞ_ın_sabiq_prezidentinin_şirkəti_pkk_nı_tərifləyən_serial_çəkəcək
Klintona məxsus prodüser şirkəti PKK-nın Kobanidəki (Suriya) qadın terrorçuları haqqında bəhs edən kitab əsasında teleserial çəkilişlərinin hüquqlarına sahib olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2021 14:21 Asia/Baku
  •  ABŞ-ın sabiq-prezidentinin şirkəti PKK-nı tərifləyən serial çəkəcək

Klintona məxsus prodüser şirkəti PKK-nın Kobanidəki (Suriya) qadın terrorçuları haqqında bəhs edən kitab əsasında teleserial çəkilişlərinin hüquqlarına sahib olublar.

SəhərAzəri İslamazeri.com-a istinadən xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Bill Klinton və sabiq dövlət katibi Hillari Klintonun qızı Çelsi Klintona məxsus prodüser şirkəti PKK-nın Kobanidəki (Suriya) qadın terrorçuları haqqında bəhs edən kitab əsasında teleserial çəkilişlərinin hüquqlarına sahib olublar. 

Film “Kobani qızları: üsyan, şücaət və ədalət tarixçəsi” adlı əsər əsasında lentə alınacaq və PKK terrorçularının İŞİD-lə döyüşlərindən söz açacaq.

Qeyd edək ki, Hillari Klintonla qızı Çelsi “HiddenLight Production” prodüser şirkətini 2020-ci ildə dramatik və sənədli filmlərin yaradılması məqsədi ilə ərsəyə gətiriblər.

Xatırladaq ki, Suriyanın Kobani şəhəri uğrunda döyüşlər İŞİD-lə PKK terror təşkilatları arasında 2014-cü ilin oktyabrından 2015-ci ilin yanvarına qədər davam edib.