Kuman: “Messi gizli həyat yaşayır”
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i373247-kuman_messi_gizli_həyat_yaşayır
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kumanın oğlu Tim Kuman komandanın kapitanı Lionel Messi barədə maraqlı fikirlər səsləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2021 15:52 Asia/Baku
  • Kuman: “Messi gizli həyat yaşayır”

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kumanın oğlu Tim Kuman komandanın kapitanı Lionel Messi barədə maraqlı fikirlər səsləndirib.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, o, argentinalı superulduzla görüşmək imkanı əldə etmədiyini vurğulayıb.

Kuman Leonun gizli həyat yaşadığını söyləyib: “Messi ilə görüşüm hələ baş verməyib. Həqiqətən də, gizli həyat yaşayır. Heç kim onu görmür. Bir dəfə atam Messinin yanına idi, söhbət edirdilər. Mətbəx masasında danışırdılar”.