"Liverpul" azarkeşləri Mbappenin transferi üçün pul toplayır
Mart 08, 2021 11:00 Asia/Baku
İngiltərə "Liverpul"unun azarkeşləri Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappenin transferi üçün pul toplamağa başlayıblar.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, fanatlar artıq bu istiqamətdə aksiyaya start veriblər.
Onlar hesab edirlər ki, dünyada 100 milyona yaxın "Liverpul" azarkeşi var və onların hərəsi 2,5 funt sterlinq ianə etsələr, fransalı hücumçunun keçidi üçün tələb olunan təzminat məbləğini yığmaq mümkün olacaq.
İndiyədək 2 300 funt sterlinq vəsait toplanılıb.
Qeyd edək ki, "Transfermarkt" saytı 23 yaşlı forvardın qiymətini 180 milyon avro olaraq göstərir.