İranın karate üzrə milli komandası İstanbul turnirində parlaq çıxış edib
İranın karate üzrə milli komandası 2 qızıl, bir gümüş və iki bürünc medalla İstanbulda Karate 1 Premyer Liqa turnirində öz işinə yekun vurub.
SəhərAzəri xəbər verir ki, Cümə günü Türkiyənin İstanbul şəhərində 72 ölkədən gələn 584 karateçinin iştirakı ilə start götürən 2021 Karate One Premyer Liqa turniri bazar günü sona çatıb.
İranın karate üzrə milli komandası bu tədbirdə qadınlar və kişilərdən ibarət iki kata və kumite kateqoriyaları üzrə çıxış edib.
Final yarışlarında əvvəlcə 84 kiloqram çəki dərəcəsində İranın kapitanı Zəbihullah Purşeyb Qazaxıstandan Daniya Yoldaşovla qarşılaşmalı olub, lakin qazaxlı rəqib zədələnmə səbəbindən tatami üzərinə çıxa bilməyib və beləlklə Purşeyb qəzəl medalı qazanıb.
Sonra isə final görüşündə 84 kiloqram çəki dərəcəsində Səccad Gənczadə ukraynalı Rizvan Talıbovu 7: 0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Yarışın sonunda Türkiyə millisi üç qızıl, dörd gümüş və üç bürünc medalla çempion olub, İspaniya üç qızıl və iki gümüş medalla ikinci, İran komandası isə iki qızıl, bir gümüş və iki bürünc medalla üçüncü olub.