Apr 01, 2021 09:37 Asia/Baku
  • Bu güllər evdəki zəhərli maddələri özünə çəkir

Kərpic və betondan tikilən evlər daim özündən ammiak benzol, formaldehid, ksilol kimi toksiki maddələr ifraz edir. Bu da yaşadığımız müddətdə müxtəlif xəstəliklərin, əsasən də allergiya və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur.

SəhərAzəri xəbər verir ki, son illərin allergik statistikası bunu təsdiq edir.

Şəhərdə yaşayan hər 3 nəfərdən biri allergiyanın hər hansı bir növündən əziyyət çəkir. Bundan əlavə evimizin havasını bakteriyalar, kif, evdə istifadə edilən qaz da korlayır.

Payızgülü NASA nın ən çox sevdiyi güllərdir və kosmik agentliklərin ofislərinin havasını təmizləmək üçün məhz bu güllərdən istifadə edirlər.

Bu bitki otaqda yaranan zəhərli maddələrin böyük hissəsini udur. Evdə bakteriya balansını sabit saxlayır.

Teqlər