"Barselona" finalda rəqibini darmadağın etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i375955-barselona_finalda_rəqibini_darmadağın_etdi
"Barselona" klubu tarixində 31-ci dəfə İspaniya Kubokunu qazanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 18, 2021 05:55 Asia/Baku

"Barselona" klubu tarixində 31-ci dəfə İspaniya Kubokunu qazanıb.

SəhərAzəri xəbər verir ki, "Barsa" finalda "Atletik"i darmadağın edib - 4:0.

Sevilyadakı "Olimpiya" stadionunda keçirilmiş görüşdə qolların hamısı ikinci hissədə vurulub.

Antuan Qrizmann 60-cı, Frenki de Yonq 63-cü, Lionel Messi 68-ci və 72-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, "Barselona" İspaniya Kubokunu rekord sayda qazanıb. İkinci yerdə isə bu titula 23 dəfə yiyələnmiş "Atletik" gəlir.