AFFA “Traktor”un hücumçusunu milliləşdirə bilər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i376095-affa_traktor_un_hücumçusunu_milliləşdirə_bilər
AFFA daha bir futbolçunu gözaltı edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2021 09:10 Asia/Baku
  • AFFA “Traktor”un hücumçusunu milliləşdirə bilər

AFFA daha bir futbolçunu gözaltı edib.

SəhərAzəri xəbər verir ki, məlumatlara görə  assosiasiya İranın “Taktor” klubunun hücumçusu Məhəmməd Abbaszadə ilə maraqlanır

 30 yaşlı forvardın qolçuluq bacarığını ötən ilindən formasını geyindiyi “Taktor”da da davam etdirməsi skautların diqqətindən yayınmayıb. Təcrübəli futbolçu Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində aprelin 14-də “Paxtakor”la səfər matçında dubl edərək (3:3), komandasına 1 xal qazandırıb.

Qeyd edək ki, bu mövsüm “Traktor”un heyətində İran çempionatında 9 qola imza atan Məhəmməd Abbaszadə bombardirlər yarışında 3-cü pillədə qərarlaşır.