Apr 29, 2021 15:07 Asia/Baku
  • Şəhadət azadlığın rəmzi

İkinci Qarabağ müharibəsinin vacib həqiqəti nə idi?

Şəhidpərvər cəmiyyətin özəlliklərindən biri onda əxlaqi və ilahi dəyərlərin üstün tutulmasıdır. Bəlkə elə buna görədir ki, şəhadət dəyərlərin bərpasına xidmət edir və dəyərlər camiəsini yaratmaq şəhidlərin əsas hədəfidir. Şəhid şahiddir və şahidlər düzgün yolun hidayətçiləri olaraq onun haqlı olduğunu sübuta yetirirlər.

Müstəqilliyini bərpa edəndən sonra Azərbaycan Respublikası tarixinin ən mühüm hadisəsi, şübhəsiz İkinci Qarabağ Müharibəsidir. İlhadçı Sovet rejiminin əsarət zəncirlərindən azadlıq fəryadı ucalan zaman Azərbaycan vətəndaşının da qanı müstəqillik yolunda axdı və bu xalq “şəhid” ifadəsini işlətməklə bir imperianın 70 illik ideologiyasını məhv elədi.

Əslində ilhadçılıq, metafizik anlayışları və dini dəyərləri inkar etmək Sovet ideologiyasının təməlində dayanırdısa da, bir xalq 70 ildən sonra “ya Hüseyn” şüarı ilə və şəhadət məktəbinə arxalanaraq həmin ideologiyanı alt-üst etdi. 

İkinci Qarabağ Müharibəsi bütün digər təhlillərə rəğmən bir həqiqəti və heç bir gücün gizlədə bilmədiyi həqiqəti ortaya qoydu; o da şəhid adının ucalması və Şəhidlər Sərvəri İmam Hüseyn(ə) məktəbinin gündəmə gətirilməsi idi. Yəqin çoxları televiziya ekranlarında gördü ki, deyirdi “mən oğlum Yusifə ağlamayacam, mən İmam Hüseyn üçün ağlayıram”. Demək olar ki, bütün şəhid ailələri oxşar vəziyyətdə idi və bütün şəhidlər mərsiyə və Hüseyn şüarı ilə son mənzilə yola salındılar. 

Əgər bu 44 günlük əhvalatı düzgün təcəssüm etmək istəsək, bu şəkil hər şeyi özündə ehtiva edə bilər. Bu hacablı qadın bir şəhidin həyat yoldaşıdır. Və yoldaşının şəhadətindən beş ay sonra onun yadigarını dünyaya gətirmişdir.

Hicabın bu ölkədə uzun keçmişi var. Bəzən isə hücumlara məruz qalıb, lakin bu şəkildə ölkınin qüdrət simvolu olan hərbi geyimli hərbçiləri hicabın qarşısında növbəyə düzülərək ona hörmətlərini nümayiş etdirirlər. Və budur şəhidin qüdrəti…

 

Teqlər