May 08, 2021 01:24 Asia/Baku
  • İranlı ştangist dünya rekordunu sındırıb

İranlı ağır atlet ağırlıqqaldırma üzrə dünya çempionatında dünya rekordunu sındırıb və qızıl medal alıb.

İranın ağırlıqqaldırma üzrə milli komandasının səksən kiloqram çəki dərəcəsindəki nümayəndəsi Ruhollah Rostəmi bu gün 241 kiloqram ağırlığı qaldıraraq, İranın ikinci qızıl medalını əldə etməyə müvəffəq olub. O, dünya rekordunu bir kiloqram artırıb.

Bu dəstədə Gürcüstan və Tailand nümayəndələri ikinci və üçüncü olublar.

Həmçinin İranın ağırlıqqaldırma üzrə milli komandasının digər nümayəndəsi olan Nadir Moradi 72 kiloqram çəki dərəcəsində 204 kiloqramlıq ağırlığı qaldıraraq, gümüş medal sahibi olub.

Bu dəstədə Malayziya və Qazaxıstan nümayəndələri müvafiq olaraq, birinci və üçüncü yerləri tutublar.

Ağırlıqqaldırma üzrə 2021-ci il dünya çempionatı gənclər və böyüklər sırasında altmış idmançının iştirakı ilə Tailandın ev sahibliyi ilə keçirilməkdədir. Yarışlarda doqquz ölkənin idmançıları iştirak edirlər.

İRANLI ŞTANGİST DÜNYA REKORDUNU SINDIRIB