Asiya çempionatında İran boksçularının ilk uğurları
May 25, 2021 10:26 Asia/Baku
İran boksçuları Asiya çempionatının ilk gecəsində uğurlu nəticələr sərgiləyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, 52 kiloqram çəki dərəcəsində Omid Əhmədi-Səfa elə ilk 20 saniyədə Küveytdən olan Əli Casemi asanlıqla və güclü bir arxa zərbəsi ilə nokaut edib.
60 kiloqram çəki dərəcəsində Danyal Şəhbəxş qazaxıstanlı rəqibi Seriki məğlub edib.
81 kiloqram çəki dərəcəsində isə Meysəm Qeşlaqi özünün ilk Asiya təcrübəsində Hindistandan olan Sumitə qalib gəlib.
91 kiloqram çəki dərəcəsində də İranın təcrübəli boksçusu Ehsan Ruzbehani Küveytdən olan Sultan Əlşumarini məğlub edib.
Boks üzrə Asiya çempionatı bazar ertəsindən Dubayda başlanıb. Yarışlar bir həftə sürəcək.