İranlı qızlar beynəlxalq tennis turnirinin qalibi olublar
Qadınların beynəlxalq tennis turnirinin finalı İran komandasının birinciliyi ilə başa çatıb.
SəhərAzəri-nin məlumatına əsasən, fərdi bölmənin finalına vəsiqə qazananların müəyyən edilməsilə, qadınların ikinəfərlik bölməsinin finalı Tipaks şirkəsinin dəstəyi və «sıçrayış, sürət və diqqət» şüarı ilə keçirilib və Moşkat əl-Zəhra Səfi, Dorsa Çeraği ilə yanaşı çempion adını qazanıb.
Görüşün sonunda Moşkat əl-Zəhra Səfi-Dorsa Çeraği cütlüyü 6-2 və 6-2, ümumilikdə isə 2-0 hesabı ilə Mandeqar Fərzami-Romina Zeynali cütlüyünü məğlub edərək, çempion olub.
Fərzami-Zeynali cütlüyü ikinci olubdur.
Üçüncü yer isə müştərək şəkildə İrandan Pərina Roknabadi və Türkiyədən Lara Oroquo cütlüyünə və Türkiyənin ikinəfərlik komandasına nəsib olubdur.
Turnir sabah fərdi bölmədə İrandan Moşkat əl-Zəhra Səfi ilə Türkiyədən Polat arasında final görüşünün keçirilməsilə başa çatacaq.
Qadınlar bölməsində İran, Türkiyə və Belçikadan olan tennisçilər iştirak ediblər.