İri bir asteroid çərşənbə axşamı Yer kürəsinin kənarından keçəcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i377554-İri_bir_asteroid_çərşənbə_axşamı_yer_kürəsinin_kənarından_keçəcək
Amerika Milli Aeronavtika və Kosmonavtika İdarəsi- NASA Eyfel qülləsi boyda bir asteroidin Yerə yaxınlaşdığını və çərşənbə axşamı günü tüfəng gülləsindən iyirmi dəfə çox sürətlə onun yanından keçəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2021 10:57 Asia/Baku
  • İri bir asteroid çərşənbə axşamı Yer kürəsinin kənarından keçəcək

Amerika Milli Aeronavtika və Kosmonavtika İdarəsi- NASA Eyfel qülləsi boyda bir asteroidin Yerə yaxınlaşdığını və çərşənbə axşamı günü tüfəng gülləsindən iyirmi dəfə çox sürətlə onun yanından keçəcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,"2021 KT1" adı ilə tanınan bu astreoid potensial təhlükəli asteroidlər qrupunda yerləşir.

Kosmonavtika terminologiyasında "yaxın" sözü nisbi məna daşıyır.

NASA bu səma cismini Yer kürəsinin yaxınlığından keçən asteroidlər siyahısına daxil etsə də, əslində bu asteroid Yerdən 4,5 milyon mil məsafədən keçir.