İranın qadın ağırlıqqaldıranları ilk dəfə medallar sırasında durublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i377557-İranın_qadın_ağırlıqqaldıranları_ilk_dəfə_medallar_sırasında_durublar
Gənc ştangistlər arasında dünya çempionatı başa çatıb və İranın qadınlardan ibarət komandası ilk dəfə olaraq mötəbər bi turnirdə medallar sırasında durub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2021 15:23 Asia/Baku
  • İranın qadın ağırlıqqaldıranları ilk dəfə medallar sırasında durublar

Gənc ştangistlər arasında dünya çempionatı başa çatıb və İranın qadınlardan ibarət komandası ilk dəfə olaraq mötəbər bi turnirdə medallar sırasında durub.

SəhərAzəri-nin məlumatına əsasən,mayın 23-dən Daşkənddə keçirilən ağırlıqqaldırma yarışları bu gün kişilərin superağır çəki dərəcəsindəki yarışları ilə başa çatıb.

İranın bu dəstədəki nümayəndələri ikinci və üçüncü olublar.

Bu medalların əldə olunması ilə İranın kişilər bölməsindəki medallarının sayı yeddiyə çatıb.

İran komandası ümumilikdə 262 xal qazanaraq, kişilərin yarışında onuncu olub.

İran komandasını bu yarışda iki qadın ağır atlet təmsil edib. Onların üç medal qazanması ilə İran 15-ci yerdə durub.

Türkiyə, Özbəkistan və Rumıniya birincidən üçüncüyədək olan yerləri tutublar.

İran qadınların komanda cədvəlində də 16-cı olubdur.