İranın milli voleybol komandası Kanada yığmasını məğlub edib
İyun 03, 2021 14:36 Asia/Baku
İranın milli voleybol komandası Kanada yığması ilə görüşdə 2021-ci millətlər liqasında özünün ikinci qələbəsinə nail olub.
SəhərAzəri-nin məlumatına əsasən İranın milli voleybol komandası bu gün 2021-ci millətlər liqasındakı dördüncü görüşündə Kanada yığması ilə görüşərək, bu komandanı üç-bir hesabı ilə məğlub edib.
İran yığması bundan qabaqkı görüşlərdə Yaponiya və Rusiya yığmalarına uduzmuş, Niderland millisini isə məğlub etmişdi.
İran bu qələbə ilə müvəqqəti olaraq və dördüncü günün oyunları bitməzdən öncə yarış cədvəlində üç pillə yüksələrək, doqquzuncu yerdə durubdur.
Teqlər