İran voleybolu dünya təsnifatında ilk dəfə olaraq yeddinci yeri tutub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i377684-İran_voleybolu_dünya_təsnifatında_ilk_dəfə_olaraq_yeddinci_yeri_tutub
Tarixdə ilk dəfə olaraq İranın voleybol yığması Beynəlxalq Voleybol Federasiyasının təsnifatında yeddinci yerdə durub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2021 08:33 Asia/Baku
  • İran voleybolu dünya təsnifatında ilk dəfə olaraq yeddinci yeri tutub

Tarixdə ilk dəfə olaraq İranın voleybol yığması Beynəlxalq Voleybol Federasiyasının təsnifatında yeddinci yerdə durub.

SəhərAzəri-nin məlumatına əsasən,beynəlxalq Voleybol Federasiyası kişi bölməsində Voleybol üzrə Millətlər Liqasının dördüncü gününün bitməsindən sonra yeni renkinqini elan edib.

İranın yığma voleybol komandası Kanada üzərindəki qələbədən sonra əldə etdiyi xal ilə bu təsnifatda Argentinanın yerini tutaraq, yeddinci pillədə dayanıb.

Əlbəttə, Yaponiya dünya üzrə altıncı pillədə durmaqla hələ də Asiyanın ən yaxşı komandası sayılır, amma o İrandan təkcə iki xal irəlidədir.

Bu təsnifatın yuxarı hissəsində Braziliya, Polşa və Amerika birincidən üçüncüyədək olan yerləri tuturlar.