İyun 10, 2021 21:01 Asia/Baku
  • Kofein sizi «qara su» xəstəliyi təhlükəsi qarşısında qoyacaq

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, gündə dörd fincan qəhvə, görməni hədələyən qlaukomaya tutulma təhlükəsini dördqat artıra bilər.

SəhərAzəri-nin məlumatına əsasən, qlaukoma və ya «qara su», görmə əsəbinin ziyan çəkdiyi göz xəstəliklərindən bir qrupuna deyilir.

Görünən göz informasiyalarını beyinə çatdıran bu əsəb zərər çəkərkən görmə azalacaq. Onun miqdarı görmə əsəbinin dağılması şiddətindən asılıdır. Qara su nəticəsində itən görmə miqdarı geridönməzdir.

Nyu-Yorkda yerləşən «Mount Sinai» xəstəxanasının mütəxəssisləri 120 min yaşlı şəxsin sağlamlığı və qida rejimini mütaliə edərək kəşf ediblər ki, kofein genetiki cəhətdən qluokomaya məruz qalmaq imkanı olan kəslərdə təsirlidir və onların mübtəla olmaq riskini nəzərəçarpacaq dərəcədə artırır. Gündə dörd fincan qəhvə, bu şəxslərdə göz təzyiqini 0,35 millimetr/civə artırır.

Bu tapıntıları əldə edən qrupun bildirdiyinə görə, ailə səviyyəsində qlaukoma keçmişinə malik olan şəxslər yaxşı olar ki, gündəlik kofein istehlakını azaltsınlar.

Teqlər