İyun 20, 2021 15:09 Asia/Baku
  • İranlı atletlər iki qızıl medal qazanıblar

Qazaxıstanda keçirilən Kazanov kuboku uğrunda yüngül atletika yarışlarının ilk günündə İranlı atletlər iki qızıl medal qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən,Kazanov kuboku uğrunda 30-cu yüngül atletika yarışları İran, Malayziya, Özbəkistan və Qazaxıstan da daxil olmaqla səkkiz ölkənin idmançılarının iştirakı ilə Qazaxıstanın Almatı şəhərində keçirilir.

İlk gündə Səccad Haşemi 400 metr məsafəyə qaçışda 45 tam yüzdə səksən beş saniyə ilə finiş xəttinə çataraq, yarışların qızıl medalını əldə edib.

Şahin Mehrdelan da ağırlıq tullama növündə 20 metr 27 santimetr nəticə ilə ölkəmiz üçün bu idman növü üzrə rekord qeydə aldıraraq, yarışların ilk pilləsində durub və qızıl medal sahibi olubdur.

Teqlər