İranlı atıcılar dünya çempionatında qızıl medal əldə ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i378414-İranlı_atıcılar_dünya_çempionatında_qızıl_medal_əldə_ediblər
Xorvatiyada keçirilən atıcılıq üzrə dünya çempionatında İranın olimpiyaçı atıcısı qızıl medal alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2021 09:47 Asia/Baku
  • İranlı atıcılar dünya çempionatında qızıl medal əldə ediblər

Xorvatiyada keçirilən atıcılıq üzrə dünya çempionatında İranın olimpiyaçı atıcısı qızıl medal alıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran yığmasının üzvü Cəvad Foruği öz rəqiblərini məğlub edərək, bu çempionatın tapança yarışlarında birinci yeri tutub.

Yarışların bu növündə Serbiya və Hindistandan olan atıcılar ikinci və üçüncü yerləri tutublar.

Atıcılıq üzrə dünya çempionatı dünyanın 47 ölkəsindən 520 idmançının iştirakı ilə Xorvatiyada keçirilməkdədir.