İran badmintonu 13 ildən sonra olimpiya oyunlarında
İranlı qadın badmintonçu olimpiyaya vəsiqə alıb
İyun 27, 2021 17:36 Asia/Baku
İran badmintonu qadınlar bölməsində olimpiya payı qazanmağa müvəffəq olub.
SəhərAzəri-nin məlumatına əsasən, İran yığmasının üzvü Sürəyya Ağayi olimpiya oyunlarında iştirak payını əldə edə bilib. Bununla, on üç ildən sonra İran badmintonunun olimpiya oyunlarında iştirak etməməsi tilsimi iranlı bir qadın tərəfindən sındırıldı.
Belə bir halda, İrandan badmintonçu bir qadının iştirakı yalnız bir röya kimi görünürdü. İrandan bu hicablı badmintonçunun iştirakı nadir bir hadisədir. Bu şərəf, badminton federasiyasının İran üçün proqramlaşdırması və səyi ilə əldə olunubdur.
Bu pay, Tokio olimpiya oyunlarında İran qadınlarının onuncu, ümumilikdə isə İranın 66-cı payıdır.