İyun 29, 2021 21:03 Asia/Baku
  • İran Fransa beynəlxalq robokap yarışlarında birinci olub

İranı təmsil edən «Qoqnus» robokap komandası Fransada keçirilən beynəlxalq robokap yarışlarının məktəblilər bölməsində birinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Rzazadə, Əmir Hüseyn Dərviş və Səhənd Hacızadədən ibarət olan «Qoqnus» robokap komandası İran İslam Respublikasının nümayəndəsi kimi beynəlxalq robokap yarışlarında iştirak edərək, məktəblilər bölməsində birinci olub.

Yarışların məktəblilər bölməsində Qəzvin İslami Azad Universitetinin Mexatronika Araşdırmalar Mərkəzinin komandası bir birinci, iki ikinci və bir beşinci yer əldə edərək, 2021-ci il Fransa Robokap(Robocup) beynəlxalq yarışlarında ən iftixarlı iranlı komanda kimi tanınıb.

Beynəlxalq robokap yarışları koronavirus pandemiyası səbəbindən bir il fasilədən sonra Fransada virtual formada keçirilib.

Teqlər