İyul 03, 2021 12:08 Asia/Baku
  • Digər iki komanda hansılar olacaq?

Futbol üzrə Avropa çempionatının dörddə bir final oyunlarının birinci günündə İspaniya və İtaliya İsveçrə və Belçikaya qalib gələrək, ikidə bir final mərhələsinə çıxıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İspaniya-İsveçrə görüşü Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. 120 dəqiqəlik görüş bir-bir hesabı ilə başa çatıb. İspaniya yığması yalnız penalti mərhələsində Avro-2020 yarışlarında öz oyunları ilə tamaşaçıları heyran edən İsveçrə milisini üç-bir, ümumilikdə isə dörd-iki hesabı ilə məğlub edə bilib.

İsveçrə komandasının oyunçusu Denis Zəkəriyya oyunun səkkizinci dəqiqəsində öz qapısına qol vurdu ki, matadorlar irəli keçmiş olsunlar. Cerdan Şakir oyunun ikinci hissəsində İsveçrə yığmasının bərabərlik qolunu vurdu.

Luis Enrikenin yetirmələri on nəfərlik İsveçrə komandası üzərindəki bu çətin qələbə ilə dünən gecə meydandan qalib çıxmış digər bir komanda- İtaliya yığması ilə görüşəcək.

Digər oyunda oyunun bir çox dəqiqələri qırmızıköynəklilərin hücumları təzyiqi altında olmuş olsa da İtaliya oyunu elə qanuni vaxtda iki-bir hesabı ilə öz xeyrinə bitirə bildi.

Bu görüşdə Nikolo Barella və Lorenzo İnsine İtaliya üçün qol vurdular.

Belçika yığmasının yeganə qolunu isə Romelu Lukaku birinci hissənin tələf olmuş vaxtında vura bildi.

Beləliklə, İspaniya və İtaliya ikidə bir final mərhələsində çərşənbə axşamı günü Londonun Uembli stadionunda görüşəcəklər.

İkidə bir final mərhələsinin digər oyunun vəziyyəti bu gecə Çexiya-Danimarka və İngiltərə-Ukrayna görüşlərindən sonra bəlli olacaq.

Teqlər