Yaponiya üçün olimpiya problemi
Koronadan, idmançıların Tokioya gəlməmələrinədək
Tokio olimpiya oyunlarının təşkilatçıları bildiriblər ki, tamaşaçılara bu yarışların keçiriləcəyi bütün məkanlarda iştirak qadağan edilir.
SəhərAzəri-nin məlumatına əsasən, Yaponiya rəsmiləri bu ölkə xalqından istəyiblər, oyunlara televiziya vasitəsilə tamaşa etsinlər ki, xəstəliyin yayılmasına bais ola biləcək gediş-gəlişlər minimuma enmiş olsun.
Rəy sorğuları göstərir ki, Yaponiya xalqı oyunların koronavirus pandemiyası zamanı keçirilməsindən nigarandır.
Belə bir halda, Yaponiyanın baş naziri Yuşihide Suqanın koronavirus pandemiyası ilə bağlı fəaliyyət tərzi ona olan xalq dəstəklərini azaldıbıdır.
Koronavirus pandemiyasına görə, ötən ildən təxirə düşmüş bu yarışlar iyulun 23-dən avqustun səkkizinədək cərəyan edəcək.
Yaponiya paytaxtında dördüncü fövqəladə vəziyyət paralimpiya oyunlarının başlanmasından bir az öncəyədək, yəni avqustun 22-dək davam edəcək.
Statistikalara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 815 min 440 haldan çox olub.
Həmçinin bu ölkənin tələfatı təqribən on beş min nəfər elan olunubdur.