Şinzo Abe olimpiya oyunlarının açılış mərasimində iştirak etməyəcək
Tokio yay olimpiya oyunlarının açılış mərasimi Yaponiya imperatorunun iştirakı ilə və bu ölkənin keçmiş baş nazirinin iştirakı olmadan keçiriləcək.
SəhərAzəri-nin məlumatına əsasən, Uzun təxir və intizardan sonra nəhayət Tokio yay olimpiya oyunları rəsmən açılmağa doğru gedir.
Bu əsasda bu oyunların açılış mərasimində Yaponiya imperatoru Narohito iştirak edəcək və onun bu oyunları açması ehtimal olunur.
Digər tərəfdən, bu oyunlara ev sahibliyinin himayədarlarından olan Yaponiyanın keçmiş baş naziri Şinzo Abe koronavirus pandemiyası ilə bağlı şəraitə görə, açılış mərasimində iştirak etməmək qərarına gəlib.
Yaponiya mediaları xəbər veriblər ki, başlıca olaraq, rəsmi şəxslər və tanınmış şəxsiyyətlərdən ibarət olan 950 nəfərdən az sayda şəxs açılış mərasimində iştirak edəcək.
Tokioda və onun ətrafında koronavirus hallarının artması ilə/ təşkilatçılar tamaşaçıların iştirakını mümkünsüz sayırlar.
Yaponiyanın NHK televiziya kanalı bildiribdir ki, Abe Tokioda virus məhdudiyyətinin və fövqəladə durumun elan olunmasından sonra sakinlər və tamaşaçılar arasında səhiyyə təhlükələrini minimuma endirmək üzrə səydə bu mərasimdə iştirak etməmək qərarına gəlibdir.
2020-ci il Tokio yay olimpiya oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat on beşdə Tokio milli idman kompleksində başlanmalı və 210 dəqiqə sürməlidir.