İyul 24, 2021 12:24 Asia/Baku
  • Cavad Furuği hamını heyrətləndirdi; Atıcılıq sahəsində İranın ilk olimpiya medalını qazandı

Cavad Furuği Tokio Olimpiya Oyunlarında pnevmatik tapança ilə atəş açma yarışında çempion oldu və İranın atıcılıq tarıxındə ilk olimpiya medalını qazandı.

SəhərAzəri-nin məlumatına əsasən,Tokio-2020 Olimpiya Oyunlarının pnevmatik tapança ilə atəş açma üzrə final yarışında, İranın yeganə təmsilçisi sürpriz yaşatdı və qızıl medal qazanaraq, İranın atıcılıq tarixində ilk olimpiya medalını öz adına qeydə aldırdı.

O, bundan əvvəl seçmə mərhələsində 580,25 xal qazanaraq, beşinci pillədə qərarlaşaraq, finala yüksəlmişdi. 

Finalda İran, Hindistan, Çin, Almaniya, Ukrayna, Cənubi Koreya və Serbiyadan olan idmançılar rəqabət aparırdılar ki,  Serbiya təmsilçisi Damiyer ikinci və çinli Janq Vi üçüncü oldu.

Furuği Hindistan və Xorvatiyadakı Dünya Kubokunda iki qızıl medal qazanaraq, Dünya Federasiyasının reytinqində birincidir.

Teqlər