İranın milli voleybol yığması Polşa qarşısında inamlı qələbə qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379387-İranın_milli_voleybol_yığması_polşa_qarşısında_inamlı_qələbə_qazandı
İranın voleybol üzrə yığma komandası Tokio Olimpiya oyunları çərçivəsindəki ilk oyununda güclü Polşa komandasına qalib gəldi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2021 14:47 Asia/Baku
  • İranın milli voleybol yığması Polşa qarşısında inamlı qələbə qazandı

İranın voleybol üzrə yığma komandası Tokio Olimpiya oyunları çərçivəsindəki ilk oyununda güclü Polşa komandasına qalib gəldi.

SəhərAzəri-nin məlumatına əsasən, İranın milli voleybol yığması bu gün Tokio Olimpiya oyunları çərçivəsindəki ilk görüşündə Polşa komandası ilə qarşılaşdı.

İran komandası beş setdən sonra Polşanı 3-2 hesabı ilə məğlub etdi.

İranın milli voleybol komandası, Tokio Olimpiya oyunları çərçivəsində ikinci oyununda bazar ertəsi günü Venesuela komandası ilə qarşılaşacaq.

İranın milli voleybol komandası Polşa, Venesuela, Kanada, İtaliya və Yaponiya komandaları ilə birlikdə A qrupunda yer alıb.