İranın milli voleybol komandası Venesuela komandasını məğlub etdi
İyul 26, 2021 11:32 Asia/Baku
İranın voleybol üzrə milli komandası olimpiya oyunlarındakı ikinci görüşündə Venesuela komandasını məğlub edib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın milli voleybol komandası Tokio-2020 Yay Olimpiya Oyunlarındakı ikinci görüşündə bu gün səhər saatlarında Venesuela komandasını 3-0 hesabı ilə məğıub edib.
İranlı voleybolçular elə bir halda Venesuela ilə qarşılaşıblar ki, ilk görüşlərində Polşa komandasını 3-2 hesabı ilə məğlub ediblər, Vemesuela komandası isə 3-0 hesabı ilə Yaponiyaya məğlub olub.
İran millisi Venesuela komandasını birinci setdə, 25-17, ikinci setdə 25-20 və üçüncü setdə 25-18 hesabı ilə məğlub edib.