İyul 26, 2021 19:44 Asia/Baku
  • İranın milli taekvondo komandası Tokio Olimpiya oyunlarında finala yüksəlib

İranın milli taekvondo komandası Yaponiya qarşısında inamlı qələbə qazanaraq, olimpiya oyunlarında komanda yarışlarının finalına yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Dünya Taekvondo Federasiyasının təklifi və Beynəlxalq Olimpiya Komitəsinin təsdiqi ilə ilk dəfə olaraq, Tokio Olimpiya Oyunlarında pilot layihə kimi taekvondo üzrə birgə komanda yarışları keçirilir. İran və Çin komandaları düny çempionatı və döyüş sənəti yolu ilə Olimpiya oyunlarına vəsiqə qazandılar və Dünya Federasiyasının elanı ilə Fil Dişi, Rusiya və Yaponiya komandaları da bu yarışlarda iştirak lisenziyası qazandılar.

İkinci qrupda yerləşən İran və Yaponiya komandaları bu gün bu yarışların üçüncü günündə rəqibləri ilə qarşılaşdılar və sonda İran taekvondoçuları 52:31 hesabı ilə qalib gələrək, finala yüksəldilər.

Çin, Fil Dişi və Rusiya birinci qrupdadırlar və onların arasından Çin komandası rəqibləri qarşısında qələbə qazanaraq, finala adlayıb.

Teqlər