İranlı tələbənin beynəlxalq ixtiralar festivalındakı uğuru
İranın Yəzd şəhərində Şəhid Səduqi adına texniki institutun elektronika ixtisası üzrə tələbəsi Erfan Purcəfəri «Alfa» robotu ilə Xəyyam adına beynəlxalq ixtira və innovasiyalar festivalında uğurla çıxış edib və gümüş medalçı olubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Bu müsabiqə İran, Kanada, Avstriya, Polşa, İtaliya, Cənubi Koreya və Yaponiya kimi dünyanın 28 ölkəsindən olan nümayəndələrin iştirakı və ölkələr, araşdırma müəssisələri, innovator şirkətlər, universitetlər, elmi mərkəzlər, həmçinin iranlı və xarici iş adamlarının və sənətkarların geniş dəstəyi ilə keçirilib.
Festival İranda seçilmiş yeganə beynəlxalq hadisə kimi İsfahan Sənaye Universitetinin ev sahibliyi ilə Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı tərəfindən və korona pandemiyasına görə, online şəkildə keçirilib.
«Alfa» robotunu düzəltməkdə məqsəd, xülasə şəkildə,/ qazma maşını, buldozer, yükləyici və ekskavator kimi cəmiyyətdə çox işlənən sənaye avadanlıqlarından bir qrupunun vəzifələrini fərdi şəkildə və daha artıq diqqətlə yerinə yetirməkdir.