Bu hal müxtəlif xəstəliklərə yol açır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379576-bu_hal_müxtəlif_xəstəliklərə_yol_açır
Yeni bir araşdırmanın nəticəsi göstərir ki, gündə dörd saatdan çox telefon qarşısında vaxt keçirən şəxslər 78 faiz daha çox yuxu apnesi təhlükəsi ilə üzləşirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2021 10:00 Asia/Baku
  • Bu hal müxtəlif xəstəliklərə yol açır

Yeni bir araşdırmanın nəticəsi göstərir ki, gündə dörd saatdan çox telefon qarşısında vaxt keçirən şəxslər 78 faiz daha çox yuxu apnesi təhlükəsi ilə üzləşirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Harvard Tibb İnstitutunun mütəxəssiləri 138 min nəfərin sağlamlığını nəzarətdə saxlamışdılar. On-on səkkiz ildən sonra bu şəxslərin səkkiz min 733 nəfəri yuxu daralma apnesinə düçar olmuşdu.

Yuxu apnesinin müxtəlif formaları mövcuddur, amma onun çox yayılmış forması, yuxu daralma apnesidir. Bu növ apne, boğaz əzələləri ardıcıl surətdə boşalaraq, yuxu zamanı boğazın hava yollarını bağlayarkən baş verir. Yuxu daralma apnesinin bir nəzərəçarpacaq əlaməti, xoruldamaqdır.

Tədqiqatçılar kəşf ediblər ki, idman, yuxu apnesinə tutulma təhlükəsini azaldır; əvəzində, aşağı səviyyədə bədən fəaliyyəti və hərəkətsizlik səviyyəsinin artması, yuxu daralma apnesinə tutulma təhlükəsini yüksəldir.

Yuxu apnesi müalicə olunmadıqda, xərçəng, ürək tutmaları, yüksək qan təzyiqi, insult, ikinci dərəcəli şəkər xəstəliyi, həmçinin İdrak və davranış pozğunluqlarını artıra bilər.