Avq 01, 2021 12:35 Asia/Baku
  • Digər iranlı güləşçi gözləməli olacaq

İranın ağır çəkili yunan-roma güləşçisi Tokio olimpiya oyunlarında Cənubi Koreya nümayəndəsinə qalib gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın 130 kiloqram çəki dərəcəsində yarışan yunan-roma güləşçisi Əmin Mirzəzadə bu gün yarışların ilk etapında Cənubi Koreyadan olan dünya üçüncüsü- Min Seuk Kimlə güləşib.

Mirzəzadə rəqibini altı-sıfır hesabı ilə məğlub edərək, növbəti etapa çıxıb.

O, ikinci mərhələdə Kuba təmsilçisi Mihayn Lopeslə görüşəcək.

Bu çəki dərəcəsində on beş nəfər iştirak edir.

İranın digər yunan-roma güləşçisi- Əlirza Nicati 60 kiloqram çəki dərəcəsində ilk mərhələdə Ermənistan nümayəndəsi Armen Melikyan ilə görüşüb və beş-beş hesabı ilə məğlub olub.

Nicati bu məğlubiyyətlə bu erməni rəqibinin finala çıxmasını gözləməlidir ki, yeni şans qrupuna keçməklə bürünc medal üzrə mübarizəsini davam etdirmiş olsun.

Teqlər