Avq 01, 2021 13:06 Asia/Baku
  • Çin öndə getməkdə davam edir

Bu gün, 2020-ci il Tokio yay olimpiya oyunlarının doqquzuncu günündə Çinin idman karvanı medallar üzrə sıralama cədvəlinin önündəki yerini təsbit edibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Çindən sonra Amerikanın idman karvanı, medallar üzrə sıralama cədvəlində Yaponiyanın yerini tutaraq, ikinci pilləyə qalxıb, Yaponiya isə üçüncü pilləyə enibdir.

Medallar cədvəlinə əsasən, Çin iyirmi iiki qızıl, on üç gümüş və on iki bürünc medalla birinci, ABŞ on doqquz qızıl, iyirmi gümüş və on üç bürünc medalla ikinci, Yaponiya isə on yeddi qızıl, beş gümüş və səkkiz bürünc medalla üçüncü yerdədirlər.

İran isə pnevmatik tapançadan on metr məsafəyə atıcılıq növündə Cavad Foruğinin qazandığı bir qızıl medalla qırxıncı yerdə gedir.

Əlbəttə, taekvondo növündə və bu dövrdə sınaq kimi keçirilən qarışıq komanda bölməsində də İran komandası gümüş medal qazanıb, amma bu medal oyunlar üzrə sıralamada hesab olunmayacaq.

Teqlər