Gərayi isə finala vəsiqə qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379710-gərayi_isə_finala_vəsiqə_qazanıb
İranın yunan-roma güləşi üzrə yığma komandasının üzvü Tokio olimpiya oyunlarının bu idman növü üzrə sıralama görüşündə qalib gələrək, bürünc medal alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2021 17:11 Asia/Baku
  •  Gərayi isə finala vəsiqə qazanıb

İranın yunan-roma güləşi üzrə yığma komandasının üzvü Tokio olimpiya oyunlarının bu idman növü üzrə sıralama görüşündə qalib gələrək, bürünc medal alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmmədhadi Sarəvi bu gün 97 kiloqram çəki dərəcəsində gözəl bir güləşmədə finlandiyalı Arvi Savolayneni doqquz-iki hesabı ilə məğlub edib və bürünc medal sahibi olub.

İlk mərhələdə Əlcəzairdən olan Adəm Budcəməlini doqquz-sıfır hesabı məğlub edən Sarəvi dörddə bir finalda Bolqarıstan güləşçisi Kirill Milova altı-sıfır hesabı ilə qalib gələrək, yarımfinal mərhələsinə yüksəlib.

Məhəmmədhadi Sarəvi bu etapda dünya və olimpiya çempionu, ermənistanlı Artur Aleksanyana bir-dörd hesabı ilə məğlub olaraq, finala çıxa bilməyib.

Digər iranlı yunan-roma güləşçisi Məhəmmədrza Gərayi isə bu gün 67 kiloqram çəki dərəcəsi üzrə yarımfinal görüşündə gürcü Ramaz Zuidzeyə qalib gələrək, finala vəsiqə qazanıbdır.