Avq 04, 2021 12:47 Asia/Baku
  • Azərbaycan boksçusu bürünc medal qazanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin yarışında 81 kq çəki dərəcəsində fərqlənən boksçular mükafatlandırılıb. Azərbaycan təmsilçisi bürünc medal qazanıb.

SəhərAzəri-nin Report-a istinadən verdiyi məlumata görə, 81 kq çəki dərəcəsində fərqlənən boksçular sırasında Azərbaycan təmsilçisi Alfonso Dominges də yer alıb.

O, rusiyalı İmam Xatayevlə birlikdə bürünc medal qazanıb.

Kubalı Arlen Lopez finalda Benjamin Uittakerə (Böyük Britaniya) qalib gələrək ardıcıl ikinci dəfə olimpiya çempionu olub.

Teqlər