Avq 04, 2021 13:05 Asia/Baku
  • Azərbaycanlı güləşçinin ilk rəqibi Ukraynadan olacaq

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının daha bir güləşçisinin ilk rəqibi müəyyənləşib.

SəhərAzəri-nin Apasport.az saytına istinadən verdiyi məlumatına görə, sərbəst güləşdə qüvvəsini sınayan Turan Bayramov yarışa 1/8 finaldan başlayacaq.

74 kq çəki dərəcəsində mübarizə aparacaq Azərbaycan Respublikasının təmsilçisi Ukrayna güləşçisi Vasil Mixaylovla qarşılaşacaq. Görüş avqustun 5-də keçiriləcək.

 

Teqlər