Avq 14, 2021 14:08 Asia/Baku
  • İranlı sənətçilərin

"Global Music Awards" beynəlxalq yarışmasının nəticələrinin elan olunması ilə İranlı sənətçilər bu beynəlxalq musiqi tədbirində qızıl, gümüş və bürünc medal qazanıblar.

 SəhərAzəri-nin məlumatına əsasən, “Lira” duet qrupu klassik musiqi üslubunda yazılmış "Tehran Mars" adlı əsərinə görə qızıl medal qazanıb.

Bu qrup Arəş Həjirazadın bəstəkarlığı və fortepiano ifası, həmçinin Tehrandan olan skripkaçı Yeganə Hüseyninianın müşayiəti ilə həmin beynəlxalq tədbirdə iştirak edib.

“Lira” duet qrupunun albomu olan "Tehran Mars", sözsüz fortepiano və skripka ifalarından ibarət olan bir məcmuədir.

"Global Music Awards"ın digər seçilmiş sənətçisi, İran musiqisi üslubunda "Gözü yolda" albomu ilə gümüş medal qazanan iranlı müğənni Əli Puyaniadır.

Bu albomda Qaşqay türkləri, lor, Boyerəhmədi orkestr musiqilərini dinləmək olar.

Mehrdad Delnəvazi isə ney və orkestr üçün yazılmış musiqi əsərinə görə, gümüş medal alıb.

Müslim Əlipurun kamança ifası və səsi, Fərşad Həqiqinin tənbur ifası və Qulamrza Səbzəlinin şeri ilə müasir İran musiqisi səpkisində icra olunan «Rara» musiqi parçası da gümüş medal almağı bacarıbdır.

Həmçinin Əmir Hüseyn Nuri pop janrında yazılmış «Bir neçə il sonra» adlı əsər ilə bürünc medal sahibi olubdur.

Teqlər