Rusiyadakı iranlı futbolçunun yeni rekordu
-
Sərdar Azmun
Rusiyanın «Zenit» klubunun iranlı futbolçusu Moskvanın «Tseeska» klubuna vurduğu dəyərli qolla bu mövsümdə beş qollu olaraq, Rusiya Premyer Liqasının bombardiri olub.
SəhərAzəri-nin verdiyi məlumata görə, Rusiya Premyer Liqasının altıncı həftəsinin yarışlarının davamında Sankt-Peterburqun "Zenit" futbol komandası cümə axşamı günü gecə "Qazprom Arena" stadionunda yarış cədvəlinin altıncı pilləsində duran «Tseeska» klubu ilə qarşılaşıb.
"Zenit", bu komandanın iranlı ulduzu Sərdar Azmunun 82-ci dəqiqədə vurduğu qolla «Tseeska» komandası üzərində bir-sıfır hesabı ilə qələbə qazanıb və on dörd xal toplayaraq, hələlik Rusiya Premyer Liqasının yarış cədvəlinin ilk pilləsinə yüksəlib.
Sərdar Azmun Moskvanın «Tseeska» klubuna vurduğu qolla bu mövsümdəki qollarının sayını beşə çatdırıb və Rusiya Premyer Liqasının bombardirlər cədvəlinin önünə keçib.
Sankt-Peterburqun "Zenit" futbol komandasının iranlı ulduzu elə bu qolla həm də Rusiya futbolundakı iştirakı dövründə “yüz qol” kimi parlaq və özəl bir göstəriciyə nail olubdur.